Elmi hövzələrin ictimai-siyasi məsələlər üzrə şöbə müdiri Höccətül-İslam vəl-müslimin Məhəmməd Ostovar Meyməndi, Beynəlxalq Qurani-Kərim sərgisini ziyarət edərkən Hövzə Xəbər Agentliyinin müxbiri ilə müsahibəsində bildirib ki, elmi hövzələr qədimdən bəri şiələrin etiqadının müdafiəsi rolunu oynayıb. Bu gün də din alimləri İslam ümmətinin etiqadının müdafiəçiləridir.
O əlavə edib ki, Məhəmməd Peyğəmbər(s) dəyərli hədisilərinnin birində buyurub:
“إِنِّی تَارِکٌ فِیکُمُ اَلثَّقَلَیْنِ مَا إِنْ تَمَسَّکْتُمْ بِهِمَا لَنْ تَضِلُّوا بَعْدِی، کِتَابَ اَللَّهِ وَ عِتْرَتِی أَهْلَ بَیْتِی وَ إِنَّهُمَا لَنْ یَفْتَرِقَا حَتَّی یَرِدَا عَلَیَّ اَلْحَوْضَ”
Mən özümdən sonra sizin aranızda iki əmanət qoyuram. Əgər bu əmanətə sahib çıxsanız heç vaxt yolunuzu azmayacaqsınız. Bu iki əmanət Allahın Kitabı və mənim Əhli-beytimdir. Bu iki əmanət hovuzun kənarında mənə qovuşana qədər bir-birindən ayrılmaz.
Başqa sözlə, Qurani-Kərim “səqəli-əkbər”, Peyğəmbərin (s) Əhli-beyti isə “səqəli-əsğər” kimi dini maarifin iki əsas mənbəyi kimi təqdim olunur.
Höccətül-İslam vəl-müslimin Ostovar Meyməndi Qurani-Kərimin Allah kəlamı və İslam Peyğəmbərinin (s) əbədi möcüzəsi kimi uca məqamına toxunaraq bildirib ki, Qurani-Kərim İslamın haqq olmasının ən böyük sənədidir və elə Qurani-Kərimin özü tərəfindən əbədi möcüzə kimi təqdim edilir. Bu həqiqət xüsusilə Quranda müxaliflərə ünvanlanan açıq çağırışda özünü göstərir.
Heç bir fərd və ya qrup Qurani-Kərimin möcüzəsinə qarşı meydan oxuya bilməmişdir.
O davam edərək bildirib: Quranda buyurulur: «وَ إِنْ کُنْتُمْ فِی رَیْبٍ مِمَّا نَزَّلْنَا عَلَیٰ عَبْدِنَا فَأْتُوا بِسُورَةٍ مِنْ مِثْلِهِ وَادْعُوا شُهَدَاءَکُمْ مِنْ دُونِ اللَّهِ إِنْ کُنْتُمْ صَادِقِینَ»
“Əgər bəndəmizə (Məhəmmədə) nazil etdiklərimiz barədə şübhəniz varsa, siz də onun kimi bir surə gətirin! Əgər (iddianızda) haqlısınızsa, onda Allahdan başqa bütün şahidlərinizi də çağırın!
Bu çağırış 1400 ildən artıqdır ki, qüvvədədir. İslam düşmənləri bütün cəhdlərinə baxmayaraq, məzmun və məntiqi quruluş baxımından Qurana bənzər bir ayə belə ortaya qoya bilməmişlər. Bu isə Qurani-Kərimin hər cür təhrif və təhqirdən qorunduğunun ən böyük sübutudur.
Elmi hövzələrin ictimai-siyasi məsələlər üzrə şöbə müdiri vurğulayıb ki, indiyədək heç bir şəxs Qurani-Kərimin möcüzəsini şübhə altına ala bilməyib və bu, onun haqq və doğru bir ilahi kitab olduğuna açıq dəlildir.
İslam İnqilabı Quran mədəniyyətinə söykənərək qlobal təkəbbürə qarşı dayanmışdır.
O daha sonra qeyd edib ki, bu gün İranın möhtəşəm İslam İnqilabı Qurani-Kərimin zəngin mədəniyyətinə söykənərək xüsusi bir parlaqlıq qazanıb. Bu inqilab İslam ümmətinə izzət və əzəmət bəxş edib və yeni İslam sivilizasiyasının qurulması yolunda qlobal istibdada qarşı mübarizədə Quranın təlimlərindən istifadə edir.
O əlavə edib ki, İslam düşmənləri və onların təsiri altına düşənlər müxtəlif şübhələr yayaraq Quranla düşmənçilik etməyə çalışırlar. Son iğtişaşlarda da sionist rejimin və digər düşmənlərin yönləndirməsi ilə bəzi şəxslərin İslam müqəddəslərinə qarşı təxribatlara əl atdığı, hətta Qurani-Kərimi yandırmaq cəhdlərinin olduğu müşahidə olunub.
Höccətül-İslam vəl-müslimin Ostovar Meyməndi təkid edərək vurğulayıb ki, bütün bu cəhdlərə baxmayaraq, Qurani-Kərimin nuru gündən-günə daha da çoxalır və dünya xalqları Quran və onun təlimlərinə daha çox yönəlirlər.

Elmi hövzələr tarix boyu Quran maarifinin keşiyində olub
O əlavə edib ki, tarix boyu elmi hövzələrin bu dəyərli “əmanətin” qorunması, eləcə də Quran maarifinin təfsir və izahında rolu daim mühüm və seçilən olub. Elmi hövzələr hər zaman Qurani-Kərim və İslam düşmənlərinin təhdid və sui-qəsdləri qarşısında elm və din səngəri kimi fəaliyyət göstəriblər.
Höccətül-İslam Ostovar Meyməndi bildirib ki, İranın və digər İslam ölkələrinin müsəlman xalqları həmişə Quranın təlimlərindən bəhrələnib və bu dəyərli maarifə söykənərək hər cür təhdid qarşısında dayanacaqlar.
Quran əsaslı həyat tərzinin yayılması, din alimləri və hövzə tələbələrinin idealıdır
Höccətül-İslam vəl-müslimin Ostovar Meyməndi din alimlərinin və elmi hövzə tələbələrinin Qurani-Kərim maarifinin yayılmasındakı rolunun əhəmiyyətinə toxunaraq deyib ki, din alimləri, həmçinin hövzə tələbələri və möminlər cəmiyyət quruculuğu yolunda canla-başla Quranı müdafiə edirlər. Onlar Allahla əhd bağlayıblar ki, yalnız Qurani-Kərimin zahirini deyil, onun mesaj, hədəf, məram və əsasını da cəmiyyətə çatdırsınlar.
Hövzə müəllimi qeyd edib ki, Qurani-Kərimə əməl etmək, xüsusilə insanların həyat tərzində tətbiq olunması, Quran əsaslı, rəhmətə əsaslanan və tövhidi bir həyat tərzinin formalaşmasına səbəb ola bilər və nəticədə paklıq və mənəviyyat evlərə və ailələrə daxil olar.

Quran diskursiyasının yayılması və cəmiyyətdə mənəvi dönüşümün yaradılması
Höccətül-İslam vəl-müslimin Ostovar Meyməndi əlavə edib ki, biz hamımız Quran diskursiyasını yaymaq və ona əməl etmək yolunda cihad etməyə hazırıq. Qurani-Kərim yalnız insanlar üçün rəhbərlik deyil, eyni zamanda mənəviyyat dolu ilahi yolda addımlamaq istəyən bir cəmiyyət üçün də davranış qaydasıdır.
O həmçinin xəbər agentliklərinin, xüsusilə Hövzə Xəbər Agentliyinin bu Quran tədbirinin işıqlandırmaq sahəsindəki səylərini yüksək qiymətləndirərək deyib: Bu media qurumları Quran nurunun bütün cəmiyyətə yayılmasında, insanların Qurana olan sevgi və bağlılığını əks etdirməsində mühüm rol oynayır. Ümid edirik ki, bu media sahəsi cəmiyyətdə Quran nurunun təsirini artıracaq.
Xəbərin sonu
Rəyiniz